Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:32

Arif Quliyev xəstəxanadan evə buraxılıb


-
Sentyabrın 2-dən Dənizçilər Xəstəxanasında müalicə olunan xalq artisti Arif Quliyev evə buraxılıb.

Aktyor APA-ya açıqlamasında xəstəxanadan sentyabrın 28-i axşam buraxıldığını və hazırda özünü yaxşı hiss etdiyini deyib:

«Bir ay ərzində ev şəraitində müalicə almalıyam. Hələlik vəziyyətim yaxşıdır. Yalnız təzyiqim qalxıb-düşür. Dünən axşamdan təzyiqim iki dəfə qalxıb».

A. Quliyev həkimlərin ona bir müddət səhnədə çıxış etməsinə icazə vermədiklərini deyib. Aktyor həkimlərinə, onun səhhəti ilə maraqlananlara təşəkkür edib.

Aktyorun vəziyyəti sentyabrın 2-də Ağcabədi rayonuna yas mərasiminə gedərkən pisləşib. Bakıya gətirilən aktyor bir müddət xəstəxanada müalicə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG