Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Pulsuz dərmanların sayı 166 oldu


-
«Azərbaycanın dövlət tibb müəssisələri 166 adda pulsuz dərman preparatı ilə təchiz olunur».

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Əvvəllər bu rəqəm 60 idi, sonra 120 oldu, indi isə 166-ya çatdırılıb.

Elsevər Ağayev deyib ki, güzəştli kateqoriyadan olan insanlar resept əsasında öz dərmanlarını Səhiyyə Nazirliyinin yaratdığı xüsusi dərman buraxılış məntəqələrindən ala bilərlər:

«Dərmanların sayının az olması o demək deyil ki, xəstələr lazımi sayda dərman preparatları ilə təmin oluna bilmirlər. Sadəcə, bir adda bir neçə şirkətin istehsal etdiyi dərmanlar ola bilər. Hazırda ölkədə xəstələrin müalicəsi üçün lazımi miqdarda dərman preparatları var».

Nazir müavini dağınıq skleroz xəstəliyi olan insanların pulsuz dərman preparatları ilə təminatına 2013-cü ildən başlanacağını deyib:

«Bu xəstəliyin müalicəsi üçün lazım olan dərmanlar, xüsusilə də interferon qrupundan olan preparatlar çox bahalıdır. Onların bir kurs müalicə alması minlərlə manatla ölçülür. Artıq bu xəstələrin ehtiyacları dövlət tərəfindən qarşılanacaq. Hazırda Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyində bununla bağlı proqram hazırlanıb».

/apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG