Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10
-
«Azadlıq» qəzeti yazır ki, rəqibləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi «Gülər Əhmədova olayı» ilə istefaya göndərmək istəyir.

Bu baxımdan da qəzet hesab edir ki, rüşvət videosu Mehdiyevi də «apara» bilər.

«Çirkab suları dənizə axıdan hotellər bağlanacaq». «Ayna» qəzeti bu fikirlərin Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə məxsus olduğunu yazır.

Nazir illərdir dəniz kənarında yerləşən turizm obyektlərinin dənizə çirkab sularını axıtdığını deyir:

«...illərdir ki, bu belədir və buna əncam çəkən yoxdur... Biz belə tədbirlərə ilk dəfədir ki, əl atırıq. Amma bu məsələ mühüm olduğuna görə, ona tam əməl olunmalıdır».

«Yeni Azərbaycan» qəzeti sahibkarlara verilən güzəştli kreditlərin 2013-cü ildə bir qədər də artırılacağını yazır. Qəzet İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə istinadən yazır ki, bu ilin ötən dövründə investisiya layihələrinə 164.3 milyon manat güzəştli kredit ayrılıb:

«Bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerlərinin yaradılması nəzərdə tutulur».

«Nə sülh, nə də müharibə» şəraiti həmişəlik davam edə bilməz. «Azərbaycan» qəzeti yazır ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən «Körpülərin salınması» beynəlxalq konfransının iştirakçılarını qəbul edən zaman bildirib:

«..biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu həqiqətən də çox təhlükəli vəziyyətdir. Nə sülh, nə də müharibə şəraiti həmişəlik davam edə bilməz».

«Bizim yol» qəzeti yazır ki, 2005-ci il parlament seçkilərində YAP Elşad Abdullayevin namizədliyini müdafiə edib. 2005-ci il seçkilərində Musa Musayev hakim partiyanın rəsmi namizədi olsa da, icra strukturları ABU rektoru üçün işləyib.

«Exo» qəzeti rüşvətin daha çox harada gizlədildiyini yazır:

«Belə çıxır ki, ən populyar yerlərdən biri tualetdir».

«Yeni Müsavat» qəzeti sentyabrın 28-də ölkədə yaranan enerji böhranına toxunaraq yazır ki, «hökuməti ildırım vurdu».

Qəzetə görə, məsuliyyəti «Azərenerji» daşıyır, çünki bu quruma son 4 ildə 1 milyard manat ayrılıb, amma problem aradan qalxmayıb.

«Qəbələ RLS-in icarə müddəti ilə bağlı müqavilə 2-3 il uzadılacaq?». Belə suala «Zerkalo» qəzeti çıxış edir. Bu ehtimal barədə «RİA Novosti»yə danışıqlar prosesinə yaxın mənbə məlumat verib.

Amma qəzet yazır ki, azərbaycanlı ekspertlər Rusiyanın ildə 7 milyon dollar ödəməyi müqabilində belə bir kompromisə əsas görmürlər. Hesab edirlər ki, kompromis Rusiyanın ildə 20 milyon dollar ödədiyi halda mümkün ola bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG