Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Naxçıvanlı Əli dayının «əl işi»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 7 avqust 2012. sayı: 147 (20.552)


NÖVBƏTİ ŞƏNBƏ İMƏCİLİKLƏRİ DƏ ÖZ MÜTƏŞƏKKİLLİYİ İLƏ YADDA QALMIŞDIR

Muxtar Respublikamızda avqustun 4-də keçirilən iməciliklər də mütəşəkkil xarakter daşımış, Naxçıvan şəhər sakinləri Naxçıvan – Sədərək – Batabat magistral yollarının kənarlarında, «Şorsu» adlanan ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Şərur rayonunun sakinləri də növbəti iməcilikdə fəallıq göstərmişlər. Onlar Şərur şəhərinin park və xiyabanlarında, Danyeri, Xanlıqlar kəndləri ərazisindəki meyvə bağlarında və Yuxarı Daşarx kəndlərində yaşıllıqlara qulluq etmişlər.

Babəklilər Naxçıvan – Ordubad magistral yolunun kənarlarında, rayonun bütün qəsəbə və kəndlərində yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.

Kəngərli sakinləri Naxçıvan – Sədərək magistral yolunun kənarlarında, rayonun bütün qəsəbə və kəndlərində təmizlik işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.

Şahbuzlular Naxçıvan – Batabat magistral yolunun kənarlarında, Şahbuz şəhərində, Heydər Əliyev Su Anbarının ətrafında, rayonun bütün yaşayış məntəqələrində yaşıllıq zolaqlarımda çalışmışlar

ƏLİ DAYININ «ƏL İŞİ»

...Naxçıvanda günü – gündən artan yaşıllıq zolaqları yurdumuzun gözəl simasını yeni təbii çalarlar əlavə edib. Şəhərin yaşıllaşdırılmasında hamı iştirak edir.

...Əli dayı əkdiyi bütün ağacların qayğısına qalır, qocaman ağacların yerini versin deyə, cavan tinglər əkilir, onların böyüyüb ərsəyə çatması üçün can yandırır. Axı ağac da insan kimidir. Onun da baxıma, qulluğa ehtiyacı var.

Bəli, ağaclarla insanların taleyində bir oxşarlıq mövcuddur. Hərəsinin öz adı, öz taleyi. Onlar da insanlar kimi «doğulur», torpağın qoynunda bəslənir, boya - başa çatır, pöhrələri cavanlaşa – cavanlaşa qocalır, qocala – qocala «dünyada köçür».

Hörmətli oxucular, bəs biz necə? Əli dayı kimi olmasa da, bir ağac, kol əkirikmi? Məncə, hələ də gec deyil, çalışaq, tezliklə torpağa bir ting də olsa, basdıraq və ağaclara qayğı göstərməyi unutmayaq. Unutmayaq ki, torpağa bir gül kolu basdırmaq da Vətənə sevgidir.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Voleybolçularımız ölkə çempionatında yarışacaq
- Qaz təsərrüfatı işçiləri yarım ilə yekun vurublar
- Gənc əsgərlərin andiçmə mərasimi
XS
SM
MD
LG