Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

ABŞ Liviyadakı səfirliyinin əməkdaşlarının sayını azaldır



ABŞ təhlükəsizlik səbəblərinə görə Liviyadakı səfirliyində çalışan əməkdaşların sayını azaltdığını bildirir. Dövlət Departamentindən deyiblər ki, gələn həftə səfirlik işçilərinin sayına minimuma qədər endirməyi müzakirə edəcəklər.

Amma Dövlət Departamenti Liviya paytaxtı Tripolidən nə qədər diplomatı çıxaracğı haqqında konkret məlumat verməyib.

Sentyabrın 11-də Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum zamanı səfirin öldürülməsindən sonra səfirlik əməkdaşlarının çoxu Liviyadan çıxarılıb.

ABŞ-da çəkilən və islam peyğəmbərinə təhqir hesab edilən videodan sonra Liviyada etiraz aksiyaları keçirilmiş, qəzəbli aksiyaçılar Benqazidə ABŞ səfiri də daxil olmaqla bir neçə diplomatı qətlə yetirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG