Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Çində Kommunist partiyası fəalı təşkilatdan qovulur


Çinin rəhbəri Hu Jintao

Çinin rəhbəri Hu Jintao


Çinin Kommunist Partiyası Siyasi Büronun üzvü Bo Zilaini partiyaya ləkə adlandırıb və onun korrupsiya cinayəti üzrə məhkəməyə çıxarılacağını bildirir. Dövlət mediası xəbər verir ki, keçmiş siyasi büro üzvü hakimiyyətdə sui-istifadədə, rüşvət almaq, qadınlarla qeyri-münasib davranışlarda ittiham edilir.

Bo keçən ilin noyabrında britaniyalı iş adamının qətli ilə üzə çıxan qalmaqaldan sonra partiyadan qovulub. Həmin cinayət işinə görə Bo`nun arvadı və yerli polisin keçmiş rəisi həbs edilib.

Sentyabrın 28-də həmçinin elan edilib ki, Kommunist Partiyasının növbəti qurultayı noyabrın 8-də keçiriləcək. 5 ildə bir dəfə keçirilən həmin qurultaylarda partiyanın lideri seçilir. Son 10 ildə ölkəyə və partiyaya rəhbərlik edən Hu Jintao`nun bu qurultayla istefaya gedəcəyi gözlənir.
XS
SM
MD
LG