Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Türkmənistan daha geniş qlobal enerji əməkdaşlığına çağırır



Türkmənistanın Baş nazirinin müavini Raşid Meredov BMT Baş Assambleyasında çıxışı zamanı qlobal enerji əməkdaşlığında “universal siyasət və idarəetmədə qanuni mexanizmlərin” tətbiqinə çağırıb.

Sentyabrın 27-də Baş Assambleyada çıxışında Meredov deyib: “Türkmənistan BMT üzvlərini qlobal enerji təchizatı sisteminin idarə olunması üçün beynəlxalq hüquqi mexanizmlərin yaradılması ideyasını nəzərdən keçirməyə çağırır. Bu mexanizm karbohidrogen istehsalçıları, tranziti və istehlakçıları ölkələrin maraqlarını tənzimləyə bilər.”

Türkmənistanlı nazir müavini əlavə edir ki, BMT-nin müvafiq sənədinin layihəsinin hazırlanması üçün Baş Assambleyada işçi qrup yaradılması ideyanın reallaşdırılması üçün ilk addım ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG