Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:10

Xəzərdə kim güclüdür: Azərbaycan, yoxsa İran?


Iran -- Top naval commander, Admiral Habibollah Sayyari, points while standing on a naval ship during Velayat-90 war game on Sea of Oman near the Strait of Hormuz, 01Jan2012
Iran -- Top naval commander, Admiral Habibollah Sayyari, points while standing on a naval ship during Velayat-90 war game on Sea of Oman near the Strait of Hormuz, 01Jan2012
İran əvvəllər Azərbaycanda Xəzərdə rahatca hədə-qorxu gələ bilirdisə, son illə Azərbaycan bu hədələrin qarşısını alacaq qədər hərbi potensialını gücləndirib. Ancaq silahlanma yarışı bununla bitməyəcək.

Jane`s Intelligence Review İran və Azərbaycanın Xəzərdə maraqlar uğurunda səssiz mübarizəsini gözdən keçirib. Müəllif Jeremy Binnie yazır ki, Azərbaycan və İranın münasibətləri hər zaman gərgin olub. Xəzərin hüquqi statusu, oradakı neft-qaz yataqlarının işlənməsi üzündən mübahisələrə Azərbaycanın İsraildən silah alması və Tehranın Bakını Mossad casus şəbəkəsinə yardım etmək ittihamları üzündən bu münasibətlər lap gərilib.

Nəticə etibarilə isə, hər iki dövlət Xəzərdə hərbi gücünü artırır. Müəllif yazır ki, İran 2004-cü ildən bu prosesə başlayıb.

İRANIN XƏZƏRDƏKİ YENİ SİLAHLARI

47 metr uzunluğundakı Sina-sinifli hərbi hücum gəmisini Xəzərdə inşa etməklə. Bu gəmilər 1970-ci illərdə Fransadan alınan hərbi gəmilərin nümunəsində hazırlanıb. Sina-sinifli daha iki gəminin inşasını isə İran 2006 və 2009-cu illərdə bitirib.

2004-cü ildən İran Ənzəli limanını faktiki olaraq hərbi gəmiqayırma mərkəzi kimi istifadə etməyə başlayıb. 2008-ci ildən Vilayət adlı hücum kreyserinin inşasına başlayıb. İran rəsmiləri gəminin 2013-cü ilin mart ayında hazır oalcağını bildirirlər. Bununla da “Vilayət” Xəzərdə Rusiyanın 2 Gepard-sinifli gəmisindən sonra 3-cü ən böyük və güclü döyüş gəmisi olacaq.

Jane`s Intelligence yazır ki, İranın bu addımlarından sonra Azərbaycan da boş oturmur.

AZƏRBAYCANIN CAVABI

Azərbaycan 1991-ci ildə SSRİ dağılanda Xəzər donanmasının bəzi gəmiləri almışdı. Sonrakı dövrdə Azərbaycan bu sahədə öz gücünü ABŞ-la əməkdaşlıq çərçivəsində artırır.

Müəllif Azərbaycanda ABŞ-ın yardımı ilə sərhəd mühafizə katerlərinin alınması və 7 sahil radarından ibarət şəbəkənin qurulmasının başa çatdırıldığını yazır.

Stockholm Sülh Araşdırmaları İnstitutuna istinadən Jane`s Intelligence yazır ki, Azərbaycan gəmi əleyhinə ən müasir silahlardan sayılan Gabriel 5 raket sistemlərini 2011-ci ildə alınmasıyla bağlı İsraillə müqavilə imzalayıb. Bu sistemlər hələ təhvil verilməyib. Ancaq quraşdırılandan sonra onların əhatə dairəsinin 200 kilometrdən də uzun olacağı və bunun sayəsində Azərbaycanın Türkmənistan və Qazaxıstan Sahilləri, o cümlədən İranın Ənzəli limanını da əhatə etməsi mümkün olacaq.

Bu isə Azərbaycana imkan verəcək ki, İranın Vilayət gəmisi hələ inşa olunmamışdan ona qarşı önləm almış olsun.

İRANIN YENİ ADDIMLARI

Buna cavab olaraq isə, İran da boş oturmur. 2012-ci ilin iyun ayında İran Hərbi Dəniz donanmasının rəhbərlərindən Abbas Zamini deyib ki, Xəzər dənizinə yüngül sualtı gəmilər göndərməyə hazırlaşırlar. Qədir adlanan bu qayıqlardan İran ildə bir neçəsini istehsal edir və onlar Xəzərin dərin sulu hissəsində təhlükəli ola bilərlər.

Bu gəmilərin texniki imkanları birbaşa olaraq Azərbaycanın neft-qaz yataqları üçün təhlükə törətməsi inandırıcı görünmür. AMma Qədirlərdən Xəzərdə neft-qaz tankerlərinin hərəkətini məhdudlaşdırmaq, limanların yaxınlığına minalar döşəmək və ağır torpedolarla tankerləri batırmaq da olar.

Ancaq Jane`s Intelligence yazır ki, Azərbaycan hələ sovet dövründən qalma mina əleyhinə gəmilərlə mina problemini həll edə bilər. Torpedalara qarşı önləm almaq üçünsə, Azərbaycanın dəniz sərhədlərini qorumaq üçün xüsusi dərinlik bombaları və radarları olan təyyarələrə ehtiyacı var.

Jane`s Intelligence yazır ki, nəticə etibarilə Azərbaycanın maliyyə imkanları və İsraillə əməkdaşlığı bu cür təyyarələri alacağını deməyə əsas verir. Amma bu bir neçə ilə qədər vaxt aparacaq prosesdir.

NƏTİCƏ

Jane`s Intelligence Review-a görə, qarşıdakı yaxın illərdə həmin dövrdə tərəflər arasında dənizdə münaqişə çox güman ki, olmayacaq. Çünki İran əsas diqqətini İsrailə, Azərbaycan isə Dağlıq-Qarabağ münaqişəsi üzündən Ermənistana yönəldib. Üstəlik tərəflərin hər ikisinin əlindəki silahlar qarşı tərəfi hücumdan çəkindirəcək potensiala malikdir.

Ancaq Azərbaycanın əsas gəlirinin neftdən gəldiyini nəzərə alanda, rəsmi Bakının dəniz donanmasını gücləndirməyə davam edəcəyi və İranın da silahlanma yarışının içində olacağı realdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG