Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:36

Moskvada müsəlmanlarla polis arasında gərginlik artır


Moskvada müsəlmanlar İslam əleyhinə filmə etiraz edirlər, 21 sentyabr 2012
Moskvada müsəlmanlar İslam əleyhinə filmə etiraz edirlər, 21 sentyabr 2012
-
Shermamat Suyarov deyir ki, bundan sonra Moskvada məscidə getməmişdən əvvəl əməlli-başlı götür-qoy edəcək.

52 yaşlı Suyarov qırğız mənşəli Rusiya vətəndaşıdır. O deyir ki, məscidə ibadət üçün gəlibmiş. Maşınında oturub gözləyirmiş. Birdən polis ona yaxınlaşıb maşından düşməyi tələb edib. Sonra isə onu bir avtobusa basıblar. Shermamat Suyarov deyir ki, həmin avtobus ibadətə gələn adamlarla dolu imiş.

Polis şöbəsindəki pis rəftara etiraz edəndə isə, onu qəddarcasına döyüblər. Shermamat Suyarov xəstəxanalıq olub:

«Onlar məni yumruqla, təpiklə, dəyənəklə döyürdülər. Məni döyənlər 5-6 nəfər idi. Huşumu itirdim. Sonradan bildim ki, qabırğam sınıb».

Həmin vaxt saxlananlar arasında Ali Muratov da olub. 39 yaşlı Muratov Qırğızıstandan Rusiyaya işləməyə gələnlərdəndir. O, Shermamat Suyarov'un döyülməsini, qışqırtılarını belə təsvir edir:

«Onlar heç bir səbəb olmadan yaşlı adamı döyürdülər. Onun yanındakı gənc oğlanı da döyürdülər. Bizə bu cür əzab-əziyyət verirlər».

Moskvada polisin döydüyü Shermamat Suyarov və Toktosun Erkinbek
Moskvada polisin döydüyü Shermamat Suyarov və Toktosun Erkinbek
Bu, yeganə hadisə deyil. Shermamat Suyarov'la Ali Muratov'un başına gələnlər Moskvada müsəlmanlarla polis arasında gərginliyin artmasını göstərən çoxsaylı hadisələrdən biridir.

MOSKVADA 2 MİLYON MÜSƏLMANIN 5 MƏSCİDİ VAR

Moskvadakı Karneqi Mərkəzinin islam məsələləri üzrə mütəxəssisi Aleksei Malashenko deyir ki, gərginliyin səbəblərindən biri Moskvada artan müsəlman əhalisi üçün kifayət qədər məscidin olmamasıdır:

«Bu, böyük bir problemdir. Moskvada haradasa 1.5 milyon müsəlman yaşayır. Bu isə o deməkdir ki, Moskva Avropada müsəlmanların ən çox yaşadığı şəhərdir. Bununla belə, bu şəhərdə cəmi 5 məscid var».

Bəziləri isə deyir ki, Moskvada yaşayan müsəlmanların sayı 2 milyona çatıb. Londonda 600 min – 1 milyon müsəlman var. Londonda məscidlərin sayı isə qat-qat çoxdur.
Aleksei Malashenko deyir ki, yerli əhalinin də əsasən
Moskvada namaz
Moskvada namaz
Orta Asiya və Qafqazdan gəlmiş müsəlman miqrantlardan narazı olması məsələni bir az da qəlizləşdirir.

TİKİNTİ YERİNDƏ NAMAZ

Məscid məsələsini həll etmək üçün bu yaxınlarda Rusiyanın Müftilər Şurası şəhər rəhbərliyinə müraciət edib. Yeni məscidlərin tikilməsi üçün icazə istəyib. Lakin bu problemə çevrilib. Sentyabrın 19-da Moskva ətrafında məscid tikintisi üçün icazə verilmiş yerə 1500-ə yaxın adam yığışıb. Onlar məscidin tikintisinə etiraz ediblər. Aksiyaçılara millətçilər rəhbərlik edib. Bundan ehtiyat edən şəhər rəhbərliyi yeni məscidin tikintisi ilə bağlı icazəni geri götürüb.

Moskvada ən böyük məscid «Olimpiya» stadionunun yaxınlığında yerləşirdi. Bu məscid 1904-cü ildə tikilmişdi. 2011-ci il sentyabrın 11-də həmin məscid söküldü. Səbəb kimi onun qəzalı vəziyyətdə olduğu göstərilmişdi. İndi həmin məscidin əvəzində yenisi tikilməyə başlayıb. Ancaq buranı ən böyük məscid saydıqlarından müsəlmanlar tikinti yerində ibadət edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG