Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:37
Portuqaliya mətbuatı braziliyalı Hulkın və belçikalı Vitzelin Sankt Peterburqun “Zenit” klubundakı maaşlarını elan edib.
Hulk ildə 5 milyon, Vitzell 4 milyon avro maaş alır.

“Zenit” Portuqaliyanın “Porto” klubundan Hulkı, “Benfika”dan Vitzeli alandan sonra “Zenit”in öz rus oyunçularının “maaş üsyanı” qalxıb və davam edir.

Hulkın ondan 3 dəfə yuxarı maaş aldığını iddia edib, oynamaq istəməyən Denisovun maaşı ildə 2,5 milyondan 3 milyon avroya kimidir.
Yəni Hulka ondan 3 dəfə çox maaş verilmir.

Maraqlısı odur ki, bu məlumatlar Portuqaliya və Rusiya mediasının əldə edə bildiyi məlumatlardır və maaş haqda rəsmi məlumatı media ala bilmir.
Yeganə rəsmi bəyanat odur ki, Zenit rəhbərliyi bildirdiyinə görə, Denisovun maaşı Hulkın maaşından az deyil.

Dünyada ən yüksək maaşlı futbolçular-1 illik maaş

Samuel Eto`o ( Kamerun, “Anji” (Mahaçqala)) – 20 milyon avro
Zlatan İbrahimovic ( İsveç, “Paris Saint Germain” (Paris)) – 12,5 milyon avro
Didier Drogba ( Fil Dişi Sahili, “Şanxay Şenxua”) – 12 milyon avro
Nicolas Anelka ( Fransa, “Şanxay Şenxua”) -12 milyon avro
Lionel Messi ( Argentina, “Barcelona”) – 12 milyon avro
Cristiano Ronaldo ( Portuqaliya, “Real”(Madrid)) – 12 milyon avro
Dario Conka ( Argentina, “Quanqçjou”) – 10 milyon avro
Fernando Torres ( İspaniya, “Çelsi”) – 10 milyon avro
Yaya Toure (Kamerun, “Manchester City”) -10 milyon avro
Wayne Rooney ( İngiltərə, “Manchester United”) – 9 milyon avro.
XS
SM
MD
LG