Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

Tikrit həbsxanasındakı qarşıdurmada azı 15 adam ölüb


İraqda Tikrit həbsxanasında baş verən silahlı qarşıdurmada azı 10 polis və 5 məhbus ölüb.

Tikrit şəhərində həbsxanaya yaraqlılar dünən hücum etmişdilər. 80 məhbus yaraqlıların köməyi ilə oradan qaçmışdı. Bundan əvvəl isə 200-dən çox məhbusun qaçırıldığı bildirilirdi.

Yerli hakimiyyət nümayəndələrinin məlumatlına görə, intiharçı özünü həbsxana qapısında partladıb. Bundan sonra silahlı qrup gözətçilərə hücum edib.

Tikritdə komendant saatı tətbiq edilib. Həbsxanadan qaçanların axtarışı davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG