Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:39

Nepalda təyyarə qəzaya düşüb, göyərtədəki 19 nəfərin hamısı ölüb


Nepalda Sita Air aviaşirkətinə məxsus iki motorlu “Dornier” təyyarəsi qəzaya uğrayıb.

Təyyarədə olan 19 nəfərin hamısı həlak olub. Onlardan 12-si Britaniya və Çindən olan turistlər, 7-si nepallıdır.

Təyyarə Nepalın paytaxtı Katmandudan Everest dağının ətəyində yerləşən Luklaya gedirmiş. Təyyarə Manohara çayı yaxınlığında qəzaya düşüb.

Qəzanın səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG