Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:51

Netanyahu: “İranın nüvə proqramı ilə bağlı qırmızı xətt çıkilməlidir”


İranın nüvə proqramı ilə bağlı qırmızı xətt çıkilməlidir.

Bunu İsrailin baş naziri Benjamin Netanyahu BMT-nin Nyu-Yorkda keçirilən sessiyasında bildirib.

İranın dayandırılması üçün çox vaxt itirildiyini bildirən Netanyahu deyib ki, “qırmızı xətlər” döyüşə səbəb olmur, əksinə qarşısını alır: “Heç bir şey dünya üçün İranın nüvə silahına sahib olması qədər təhlükəli ola bilməz”.

B. Netanyahu bildirib ki, İranın atom bombası üçün lazım olan uranı 90% zənginləşdirməsinin qarşısı alınmalıdır. O, fikrini iştirakçılara sxemlə çatdırıb. Bikford fitilli bomba şəklinin çəkildiyi sxemin aşağısında “90%” yazılmış xətt olub. B. Netanyahu barmağı ilə bombanın dar hissəsini göstərərək “qırmızı xətt”in buradan keçməli olduğunu deyib.

Benjamin Netanyahu bildirib ki, Tehran uranın zənginləşdirilməsi ilə bağlı indi ikinci mərhələdədir. “Yazda, ən uzağı yayda zənginləşdirmə orta səviyyəyə gələcək və son mərhələyə daxil olacaq. Bundan sonra isə onlara lazım olan zənginləşdirilmiş urana bir neçə aya, bəlkə də bir neçə həftəyə çatacaqlar”.

Netanyahu bununla bağlı ABŞ-la müzakirələrini davam etdirdiklərini deyib. “İnanıram ki, birlikdə irəli bir addım atacağıq”.
XS
SM
MD
LG