Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

Bakıda işıqlar söndü- [VİDEO]


Bakıda işıqlar söndü
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Bakıda işıqlar söndü

-

ƏTRAFLI REPORTAJ AZ SONRA SAYTDA OLACAQ

-

Dövlət Yol Polis İdarəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, paytaxda tıxaclar aradan qaldırılıb:
«Enerji mənbəyinin olmaması səbəbindən işıq forlar işləməyib. Lakin Dövlət Yol Polis idarəsinin əməkdaşları yol ayrıcında hərəkəti tənzimləyiblər. Səhər saatlarında yollarda yaranan tıxac təxminən saat 10-da aradan qaldırılıb».

Metroda yaranmış problemlə bağlı Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Azadlıq Radiosuna açıqlama verib:

«06.44-də metroda işıqlar söndüyü üçün metroda qatarların hərəkəti dayanmışdı. Artıq 09.45-dən etibarən metropolitendə qatarların hərəkəti bərpa edilib. İşıqlar sönən zaman tunellərdə qatarlarımız qalmışdı. Bu problem də həll olundu».

Tağı Əhmədov onu da bildirib ki, problem elektirik enerjisilə bağlı məsələ olduğu üçün əlavə heç bir şey deyə bilməz.

AZƏRENERJİ: «ELEKTRİK ENERJİSİ TAM BƏRPA OLUNUB»

Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyevin AzadlıqRadiosuna deyib ki, artıq respublikada elektrik enerjisi tam bərpa olunub. Onun sözlərinə görə, Mingeçəvir su elektirik stansiyasında baş verən yanğının fəsadları aradan
qaldırılır.
Əlkəbər Baxşəliyev bildirdi ki, paytaxt Bakıya və respublikaya enerjinin verilməsi səhər saat 06:50-də kəsilib. Təxminən saat 10-da bütün ölkədə enerjinin verilməsi tam bərpa olunub.

BAKIDA İŞIQLAR SÖNÜB

Səhər saatlarından paytaxt Bakıya verilən elektrik enerjisi kəsilib.
Buna səbəb Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurması səbəb olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə İES-in bir neçə bloku sıradan çıxıb. Nəticədə paytaxtla yanaşı respublikanın əksər şəhər və rayonlarında işıqlar sönüb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində Bakıda metro stansiyaları bağlanıb, işıqforlar işləməyib. Paytaxtda tıxac yaranıb.​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG