Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

Çexiyada spirtli içki qadağası yüngülləşdirilir


Foto arxiv
Foto arxiv
Çexiya hakimiyyəti spirtli içkilərə qoyulmuş qadağanı yüngülləşdirib.

Qərara əsasən cümə axşamından bu il yanvarın 1-dək istehsal edilmiş və ya keyfiyyət nişanı olan sərt içkilərin satışına icazə verilir.

Qalan sərt içkilərin satışı isə qadağandır.

Bu günlərdə Çexiyada tərkibində metil spirti olan alkoqollu içkilərdən 26 adam ölüb, onlarla adam kor olub.

Bu cür içkilərin istehsalı ilə məşğul olan 2 əsas şübhəlinin həbs olunduğu bildirilir.
XS
SM
MD
LG