Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Bu romanı dükanlara çıxmamış 1 milyon adam sifariş edib [VIDEO]


-

Uşaqlar üçün yazdığı “Harry Potter” romanları ilə milyarder olmuş Britaniya yazıçısı J.K.Rowling bu dəfə oxucularının görüşünə böyüklər üçün romanla gəlib.

“The Casual Vacancy” (Vakant yer) adlanan roman sentyabrın 27-də dükanlara çıxıb.

“Harry Potter” zamanındakı kimi oxucuların növbə tutub dükanlarda kitabın satışının başlanmasını gözləməsi öz yerində, romanı dükanlara verilməmiş 1 milyon adam sifariş edib.

500 səhifəlik kitabın dili doğrudan da uşaqlar üçün deyil, kitabda açıq-saçıq bənzətmələr yer alır.

Kitabdakı hadisələr kiçik əyalət şəhərində baş verir.

Romanın adı boş qalan bir vəzifə ilə bağlıdır.

Pagford bələdiyyəsinin üzvü Barry Fairbrother romanın elə ilk səhifələrində qəfildən ölür. Onun yeri uğrunda qızğın və çirkin savaş başlayır.

İrqçilik, zorlama, heroin aludəçiliyi, hədələmə, ölüm və başqa sosial bəlalar kitabın toxunduğu problemlər arasındadır.

oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG