Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Elmar Məmmədyarov Nyu-Yorkda xorvatiyalı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının sessiyası çərçivəsində Xorvatiyanın xarici İşlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran sahələr üzrə hüquqi sənədlər imzalanması barədə fikir müvadiləsi aparılıb.

Vesna Pusiç ölkəsinin Azərbaycanın Xorvatiyadakı layihələrə sərmayə qoymasında maraqlı olduğunu qeyd edib.

Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Balkan ölkələri, o cümlədən Xorvatiya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG