Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:29

Gürcüstanda daha bir həbsxana rəisi həbs edilib


Gürcüstanda məhbuslara işgəncə verilməsilə bağlı istintaq çərçivəsində Kutaisi həbsxanasının rəisi və həbsxananın daha 3 əməkdaşı saxlanıb.

Onlara qarşı işgəncə maaddəsilə ittiham irəli sürülüb.

Ötən həftə Tbilisidəki Qldan həbsxanasında məhbusalara işgəncə verilməsilə bağlı yayılmış videogörüntülər ölkədə böyük qalmaqala səbəb olub.

Penitensiar xidmətin rəisi Khatuna Kalmaxalidze və daxili işlər naziri Baco Akhalaya buna görə istefa verməli olublar.

Bundan başqa penitensiar xidmətin 11 əməkdaşı həbs edilib.

Gürcüstan hakimiyyəti ölkənin penitensiar sistemində köklü islahatlara başlayıb.
XS
SM
MD
LG