Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Suriya qaçqınlarının sayı 700 minə çata bilər


İraqda suriyalı qaçqınların düşərgəsi

İraqda suriyalı qaçqınların düşərgəsi

İlin sonunadək Suriya qaçqınlarının sayı 700 min nəfərə çata bilər.

Bunu cümə axşamı BMT-nin Qaçqınlar üzrə İdarəsinin Ali Komissarlığı deyib.

Komissarlıq hazırda İordaniya, İraq, Livan və Türkiyədə 300 minədək qaçqın olduğunu bildirib.

BMT-nin baş katibi Ban Ki-moon isə xəbərdarlıq edib ki, əgər həll yolu tapılmasa Suriya böhranı böyük regional münaqişəyə çevrilə bilər.

Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil Al Arabi isə Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında ümumi razılığa gəlmək üçün BMT-ni Suriya münaqişəsinə yanaşmasını dəyişməyə çağırıb.

Rusiya ilə Çin indiyədək Təhlükəsizlik Şurasında Suriya ilə bağlı 3 qətnamə layihəsinə veto qoyublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG