Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Milyarder xuliqanlıqda ittiham olundu


Aleksander Lebedev(solda) Sergey Polonski davası

Aleksander Lebedev(solda) Sergey Polonski davası

Rusiyalı milyarder Aleksandr Lebedevə rəsmi ittiham irəli sürülüb.

İstintaq Komitəsi Lebedevi xuliqanlıqda və digər biznesmen Sergey Polonskini döyməkdə ittiham edir.

Media maqnat və bankir Lebedev Polonskini televiziya verilişində döymüşdü.

2011-ci il sentyabrın 16-da “NTVşniki” proqramının çəkilişi zamanı Lebedev stuldan qalxaraq Polonskini bir neçə dəfə vurub və Polonski stuldan yıxılıb.

Bu, NTV-nin xəbərlər proqraməında da göstərilmişdi.

Lebedevə qarşı ittihamlıar təsdiqlənsə, onu 10 min dollar məbləğində cərimə və 5 il həbs gözləyir.

Putinin tənqidçisi kimi tanınan Lebedev özünə qarşı məhkəmə işini siyasi motivli adlandırır.
Onun dediyinə görə, siyasi səbəblərdən Kreml onu hədəfə alır.
XS
SM
MD
LG