Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

İspan jurnalı da peyğəmbərlə bağlı karikatura dərc etdi


-

İspaniyada çap edilən “El Jueves” satirik jurnalı da Məhəmməd peyğəmbərlə bağlı karikatura dərc edib.

Jurnal Fransada peyğəmbərin karikaturalarını dərc etdiyi üçün hədələrlə üzləşmiş “Charlie Hebdo” jurnalındakı həmkarları ilə həmrəylik nümayiş etdirmək üçün bu addımı atıb.

Amma jurnal həmrəylik nümayişi ilə yanaşı ehtiyatı da əldən verməyib. Jurnalın üz qabığına yerləşdirilmiş rəsmə peyğəmbərin karikaturası demək olar da, olmaz da.

Karikaturada polisdə dindirilmə təsvir edilir. Bir neçə ağ cübbəli, saqqalı şəxsin təsviri üstündə yazılıb: “Kim tanıyır: bunların hansı Məhəmməddir?”

İspaniyada populyar olan satirik jurnalın redaksiya heyətinin üzvü Xose Luis Martin “mümkün hədələrdən qorxmursuz ki” sualının cavabında deyib ki, “jurnalistlərin təhdidlərdən çəkinib özünüsenzura ilə məşğul olmağa haqları yoxdur”.

Martin Amerikada çəkilmiş “Müsəlmanların məsumluğu” filmi ilə bağlı müsəlman ölkələrində baş qaldırmış kütləvi etirazlara münasibət bildirərkən deyib ki, “film, yaxud karikatura zorakılığa əl atmağa hazır olan şəxslər üçün bir bəhanədir. Söz azadlığı dini fanatizmdən yüksəkdə dayanır”.

oxuzalı.az

Günün bütün mövzuları

XS
SM
MD
LG