Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57
-

MANDAT MARKETİNQİ İLƏ MƏŞĞUL OLANLAR?


«Belə üsulla formalaşan parlament buraxılmalıdır». Bunu «Azadlıq» qəzetinə müsahibəsində deputatla sabiq universitet rektoru arasında rüşvət söhbətini əks etdirdiyi deyilən videoya münasibət bildirən AXCP sədri Əli Kərimli deyib. Əli Kərimliyə görə, «Mandat marketinqi ilə yalnız Gülər Əhmədova məşğul olmayıb. Məsələn, bu video təsdiq edir ki, uzun zaman Azərbaycan mətbuatında haqqında bəhs olunan, həm rüşvətxor məmurların, həm də iş adamlarının ödənişlərə məcbur edildikləri, hakimiyyətin zirvəsinə məxsus «ümummilli kassa» doğurdan da var imiş».

AXCP sədri sözügedən video ilə Əli İnsanovla Fərhad Əliyevin həbsinin siyasi motivli olmasının da təsdiqləndiyini bildirir.

KƏNAR TƏZYİQLƏRƏ QARŞI PEYVƏND

«...Azərbaycan xalqının intellektual potensialının yüksək səviyyəsi ekstremizmə, populizmə, yalan vədlərə, kənardan təzyiqlərə qarşı peyvənddir». «Azərbaycan» qəzeti prezident İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında etdiyi çıxışı dərc edib.

«Cəmiyyət nə qədər çox savadlı olsa, o, bir o qədər özünü təmin edən, daha ləyaqətli və hər cür gözlənilməz hallardan sığortalanmış olacaqdır» deyə prezident bildirib.

BÜTÖV AZƏRBAYCAN MƏSƏLƏSİ...

«Yeni Müsavat» bir müddət əvvəl «New York Tayms» qəzetində İrana hərbi müdaxilədən sonra böyük Azərbaycan dövlətinin yarana biləcəyi ilə bağlı yazıya ekspert və tarixçilərin münasibətini dərc edib.

Politoloq Eldar Namazov hesab edir ki, «parçalanma geopolitik proseslərin nəticəsi olduğu kimi parçalanmış millətlərin birləşməsi də bu prosesin nəticəsi ola bilər». Tarixçi alim Nəsib Nəsibli isə hesab edir ki, «Bütöv Azərbaycan məsələsinin qoyulması həm də İran iqtidarı və müxalifətinə bir mesajdır».

SƏMƏD SEYİDOVUN MÜSAHİBİ QAÇIB?

«Bizim yol» qəzeti yazır ki, Dillər Universitetindəki korrupsiya halları ilə bağlı cinayət işi açılandan sonra rektor «Səməd Seyidovun baş mühasibi ölkədən qaçıb». Qəzet bu universitetdə 12 milyon manatlıq yeyinti olduğunu qeyd edir.

İCTİMAİ PALATA BARƏDƏ

«Yeni Azərbaycan» qəzeti İctimai Palatadan yazır. Qəzetə görə, «adı ictimai olan, özü siyasi alət olan bu dərnək xarici sifarişlərin havasıdır».

«...dünyanın heç bir yerində ictimai adlanan qurum küçələrdə siyasi şüarlar qışqırmır. Demək, «İctimai Palata» ictimaiyyətin kiçik bir qisminin belə, dəstəyinə ümid bağlamayan, xalqın dəstəyindən məhrum olan, seçkilərdə hər zaman sıfırla bir arasında yer tutan qismin siyasi arzularının mücəssəməsi sayılmalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG