Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi yaradılıb.


Azərbaycan prezidenti İlham Əliyev İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

Nazirlər Kabinetinə 2 ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, fərmanda göstərilən tədbirlərin həyata keçirilməsi üçün Xüsusi
Dövlət Mühafizə Xidmətinə zəruri maliyyə vəsaiti ayrılmasını təmin etmək və fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG