Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:19

Bakıda qumarxana şəbəkəsi aşkar edilib


Rəşid Şerif (Poker)
Rəşid Şerif (Poker)
Bakıda qumarxanalar təşkil edən şəbəkə aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də Yasamal rayonunun Z. Xəlilov küçəsindəki beşmərtəbəli binanın birinci mərtəbəsində qumarxana aşkar edib.

Həmin ünvanda qumar oyunlarının keçirilməsi üçün texniki vasitələr - 22 kompüter və digər avadanlıqlar aşkar edilib.

İstintaq zamanı bəlli olub ki, qumarxana Bakı şəhər sakini Vəzir Qaranizadəyə məxsusdur.

Qumarxana təxminən 2 ay fəaliyyət göstərib.

Vəzir Qaranizadə və daha 2 nəfər həbs edilib.

Sonrakı günlərdə Yasamal rayonunun Naxçıvani küçəsində həmin dəstəyə məxsus daha bir qumarxana aşkar edilib və 12 kompüter götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Qrupun digər üzvlərinin axtarışı gedir.

APA-nın məlumatına görə, adıçəkilən şəxslər bəzi oyunlarda özlərini müştəri kimi apararaq oyunun kodundan istifadə etməklə külli miqdarda pul qazanıblar.
XS
SM
MD
LG