Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:10

BQXK nümayəndələri erməni əsirliyində olan Azərbaycan əsgərinə baş çəkiblər


-
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 25-də erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib.

Hərbi əsirə ailəsindən bir «Qızıl Xaç məktub»u çatdırılıb. Ondan da ailəsinə verilməsi üçün bir «Qızıl Xaç məktubu» alınıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Firuz Fərəcov bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
XS
SM
MD
LG