Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:30

Rusiya 10 hərbi obyekti Ermənistana verir


Armenia -- Armenian and Russian army units at a joint military exercise, undated
Armenia -- Armenian and Russian army units at a joint military exercise, undated
Rusiya ordusunun Ermənistandakı hərbi birləşmələrinin bəzi dislokasiya bazalarını Yerevan hökumətinə təhvil verəcək. İtar-Tass agentliyinin xəbərinə görə, bununla bağlı hökumətlər arası protokolun layihəsini Moskva təsdiqləyib.

Layihənin 1996-cı ildə imzalanan RUsiya və Ermənistan arasındakı sazişə əsasən hazırlandığı bildirilir.

Protokol imzalanandan sonra struktur dəyişikliyi və yerdəyişmə adı altında Rusiya ordusunun oradakı 30 obyektindən 10-u Ermənistana veriləcək.

Protokolun imzalanması üçün səlahiyyətlər Rusiya Müdafiə nazirliyinə verilib, ancaq nə vaxt imzalancağı bildirilmir.

Bu haqda razılaşma Yerevan yaxınlığındakı Baqramyan paleqonunda ötən həftə keçirilən MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə hərbi təlimləri zamanı əldə edilib.

PanAermenian saytı yazır ki, Ermənistan Müdafiə naziri Seyran Ohanyan Rusiya Müdafiə naziri Anatoly Serdyukovla görüşdən sonra bildirmişdi ki, onlar Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası ilə bağlı hüquqi məsələləri və Rusiya ordusunun 10 hərbi hissəsinin təhvil verilməsini müzakirə ediblər.

Anatoly Serdyukov isə həmin brifinqdə Rusiya- Ermənistan əməkdaşlığının ən yüksək səviyyədə olduğunu bildirib, regiondakı çağırışlara daha yaxşı cavab vermək üçün buradakı Rus ordusunun yerdəyişmələrə başladığı bildirilib. Rusiya Müdafiə naziri 10 obyektin Erməni tərəfinə veriləcəyini və hazırda həmin təhvil-təslimlə bağlı texniki və avadanlıq məsələlərinin həlli üzərində işlədiklərini deyib.

Nə erməni, nə də rus saytları sözügedən 10 obyektdə hərbi texnikanın taleyi haqda heç nə yazmırlar.

Ermənistandakı 102-ci Rusiya hərbi bazası Gümrü şəhərində yerləşir. 2008-ci ildəki Rusiya-Gürcüstan savaşına qədər burada 3500 rus kontingenti xidmət edirdi. 2008-ci ildən sonra Ermənistandakı rus əsgərlərinin sayı 5 minə qalxıb.

2009-cu ildən Rusiya ordusu Ermənistandakı hərbi qüvvələrinin struktur islahatına başlayıb və piyada qoşunlarını 2 motor-atıcı briqada şəklində ayırıblar.

2011-ci ilin iyun ayında isə Rusiya müdafiə nazirliyi bildirmişdi ki, Gümrüdəki hərbi bazadakı kmuzdlu əsgərlərin sayını 2 dəfə artıracaq.

Müxtəlif mənbələrə görə, Rusiyanın Ermənistandakı silahlı qüvvələri 74 tank, 17 BMP, 148 BTR, 84 artilleriya qurğusu, 18 MİG-29 təyyarəsi və S-300 raket batareyalarından ibarətdir.

Ancaq Gürcüstandakı Rusiya hərbi bazalarından da bura 35 tank və 370 zirehli döyüş maşını göndərilib.

Rusiya ordusu müqaviləyə əsasən Ermənistanın Türkiyə və İranla quru sərhədlərini və bütün hava sərhədlərini qoruyur. Ermənistan ərazisində mövcudluğunun əvəzində isə yerli ordunu müasir texnika ilə təmin etmək kimi öhdəliyi də var.

Rusiya bazasının müddəti 2024-cü ildə bitirdi. Ancaq 2010-cu ildə imzalanan yeni müqaviləyə görə rus qoşunlarının vaxtı 2044-cü ilə qədər uzadılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG