Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

Afinada polislə nümayişçilər toqquşub


Yunanıstan polisi paytaxt Afinada nümayişi dağıdarkən gözyaşardıcı qazdan istifadə edib.

Aksiyaçılar isə buna cavab olaraq polisi daşa basıb, yandırıcı butulkalar atıb.

Aksiyada 50 minə yaxın adam iştirak edir.

Bü gün Yunanıstanda hökumətin kəskin iqtisadi tədbirlər paketinə etiraz olaraq ümummilli tətil keçirilir.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə əldə edilmiş razılaşmaya əsasən
Yunanıstan 2015-ci ilədək büdcə xərclərini 11,5 milyard avro ixtisar etməli və əvəzində 31 milyar avro növbəti kredit almalıdır.

Əks halda ölkə defoltla üzləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG