Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:03

Karzai islamafobiyaya qarşı mübarizəyə çağırıb


Əfqanıstan prezidenti Hamid Karzai BMT-nin Baş Assambleyasında çıxış edərkən ABŞ-da islama qarşı çəkilmiş “Müsəlmanın məsumluğu” filmini ittiham edib.

O qeyd edib ki, buna söz azadlığı ilə haqq qazandırmaq olmaz.

Karzai qərb ölkələrini islamafobiyaya qarşı tədbirlər görməyə çağırıb.

Hamid Karzai həmçinin Əfqanıstanda sülhə nail olmaq üçün Talibanla dialoqun tərəfdarı olduğunu bildirib.

O qeyd edib ki, qonşu Pakistan bu prosesdə əhəmiyyətli rol oynaya bilər.
XS
SM
MD
LG