Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

Keçmiş icra başçısına qarşı məhkəmə keçirilib


26 sentyabr Səbail rayon Məhkəməsində mərhum şair, ədəbiyyatşünas alim Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyevanın Səbail rayonu İH-nin keçmiş başçısı Rüstəm Məmmədova qarşı irəli sürdüyü iddia əsasında məhkəmə prosesi keçirilib.

Proses qarşı tərəfin xahişi ilə oktyabrın 16-na qədər uzadılıb.

Ağa Laçınlının oğlu Azər Əliyev Azadlıq Radiosuna bildirib ki, məhkəmədə qarşı tərəf səhv etdiyini boynuna alıb və məsələni aydınlaşdırmaq üçün məhkəmədən əlavə vaxt istəyib.

1995-ci ilin yanvarında Səbail rayon İH sərəncamına əsasən Ağa Laçınlıya fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. 2011-ci ildə isə mərhum şairin ailə üzvləri onlara məxsus olan torpaq sahəsinin bir hissəsinin zəbt edildiyini və orda tikinti işlərinin aparıldığını üzə çıxarıblar.

Məhkəmə iddiasında onlar tikintinin sökülməsini və onlara məxsus ərazinin tam boşaldılmasını istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG