Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

Qətər əmiri deyib ki, Suriyaya müdaxilə olunmalıdır



Qətər əmiri Şeyx Ahmad bin Khalifa al-Tani bildirib ki, ərəb dövlətləri qanlı qarşıdurmaların sona çatdırılması üçün Suriyaya müdaxilə etməlidir.

Şeyx bunu Nyu-Yorkda BMT-nin Baş Assambleyasındakı çıxışında bildirib. Deyib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həllinə nail ola bilmir.

O, ərəb ölkələrinin 70-ci illərdə Livanda vətəndaş müharibəsinin qarşısını almaq üçün öz ordusundan istifadə etməsini də xatırladıb.
XS
SM
MD
LG