Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38

Polisdə işgəncə və zorlama ittihamı ilə iki zabit həbs cəzası aldı


Kazan məhkəməsi 2 polis zabitini işgəncə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə məhkum edib. Məhkəmə keçmiş zabitlər Ilshat Garifullin and Ramil Nigmatzyanova 2.5 və 2 il həbs cəzası verib.

Onlar bu ilin martında orta yaşlı bir şəxsi qanunsuz olaraq həbs etməkdə ittiham olunurlar. Həmin şəxs polis bölməsində döyülüb və şampan şüşəsi ilə zorlanandan sonra xəstəxanada ölmüşdü.

Bu qalmaqaldan sonra Tatarıstanın Daxili İşlər naziri Asgat Safarov istefaya göndərilmişdi. HAzırda olayda iştirak edən digər 4 zabitin işi ilə bağlı istintaq davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG