Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Kənd sakinləri hakim və prokuroru döyüblər


Qırğızıstanın cənubunda Ala-Buka rayonunda 100-ə yaxın yerli sakin yerli hakimi və prokuroru döyüblər. Sakinlər yerli hakimiyyət orqanlarına bir qırğızı döyməkdə ittiham olunan etnik özbəki buraxdığına görə etiraz edirdilər.

Qırğızıstan mediasına danışan kəndlilər iddia edirlər ki, sözügedən şəxs hakimə rüşvət verib və bunun müqabilində sərbəst buraxılıbmış.

Döyülən hakim və prokuror xəstəxanaya yerləşdiriliblər. Polis hazırda bölgədə vəziyyətin sabit olduğunu bildirir.

2010-cu ildə Qırğızıstanın cənubunda başlanan qanlı etnik qarşıdurma nəticəsində yüzlərlə adam öldürülmüş, 400 minə yaxın adam evlərindən didərgin düşmüşdü.

***
XS
SM
MD
LG