Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:55

Rusiya Belarusdakı seçkiləri "azad və ədalətli", ATƏT-i ədalətsiz sayır


Rusiya həftəsonu Belarusda keçirilən parlament seçkilərini azad və ədalətli sayır. Rusiya Xarici İşlər nazirləri Belarusdakı seçkilərlə bağlı yaydığı bəyanatda belə deyilir. Rusiya eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ODİHR) tərəfindən verilən rəydən təəssüf eləyir və bu rəyin siyasi yanaşmanın nəticəsi olduğunu iddia edir.

ATƏT-in seçkiylə bağlı rəyində seçkilərin nə azad, nə də ədalətli olmadığı deyilir, və bildirilirdi ki, “Belarus seçkilərinin ta əvvəlindən rəqabət olmayıb, seçicilərin seçim imkanı məhdud olub, seçki komissiyalarında kifayət qədər ədalət çatışmayıb”. ATƏT-lə yanaşı bu gün ABŞ Dövlət Departamenti də seçkiləri tənqid edib.

Dövlət Departamentinin ATƏT-in ilkin rəyinə istinadən edən bəyanatında bildirilib ki, “Belorusda demokratiya və insan hüquqlarına hörmət, o cümlədən, siyasi məhbusların azadlığa buraxılması "ABŞ-la ikitərəfli əlaqələrin qurulmasının əsasında dayanan məsələdir” .

Seçkidə parlamentdəki 110 yerdən birini də müxalif partiya namizədi qazanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG