Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04
-
İLHAM RƏHİMOVUN 500 MİLYON DOLLARLIQ SƏRVƏTİ VAR

“Forbes” jurnalının Rusiya nəşri belə yazır.
Əslən azərbaycanlı olan İlham Rəhimov Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və eyni zamanda dostudur.

Rəhimov son illərdə iş adamı kimi tanınsa da, ixtisasca hüquqşünasdır.

Jurnalın yazdığına görə, İlham Rəhimov Rusiya paytaxtı Moskvada 500 milyon dollarlıq əmlakın sahibidir. Onun bir neçə ticarət mərkəzində, mehmanxana və göydələn tikilən ərazilərdə payı olduğu bildirilir.

HANSI ŞİRKƏTLƏRDƏ PAYI VAR?

“Forbes” jurnalı araşdırmalar nəticəsində aydınlaşdırıb ki, İlham Rəhimovun “Qranditul” MMC-də 15 faiz payı var.
Bu şirkət “Qrand” və “Qrand-2” mebel ticarət mərkəzlərinin sahibidir. Ötən il isə şirkət hökumətin keçirdiyi hərracda Moskva-sitidə 7,2 milyard rublluq sahə alıb. Bu sahədə 150 000 kv.m ərazisi olan göydələn tikmək olar.

Jurnal yazır ki, İlham Rəhimov Rusiyanın nəhəng topdansatış bazarı olan “Sadovod” və “Moskva” ticarət mərkəzinin də sahiblərindən biridir.

“Forbes” mənbələrinə istinadla iddia edir ki, sahibkarın həmçinin “Evropeyskiy” ticarət mərkəzində və “Ukraina” mehmanxanasında da payı var.

Jurnal İlham Rəhimovun Rusiya paytaxtında bu qədər əmlak sahibi olmasında prezident dostu Putinin rolu olduğuna da işarə vurur.

ONUN KİTABINA BASTRIKİN ÖN SÖZ YAZIR

İlham Rəhimov hüquq elmləri doktorudur.
Bakıda Fina LLC hüquq şirkətinin tərəfdaşıdır. Hüquqla bağlı onlarla məqalə və iki kitab müəllifidir. Onun bu yaxınlarda çap olunan “Cinayətkarlıq və cəza” kitabına tələbə yoldaşı Aleksandr Bastrıkin ön söz yazıb.
Bastrıkin Rusiya Federasiyası İstintaq Komitəsinin başçısıdır.
XS
SM
MD
LG