Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:04

Dəməşqdə orduya məxsus binada partlayış olub


Suriyada, Dəməşqdə Orduya aid bir binada bomba partlayıb. Hələ ki, xəsarət alanların sayı bilinmir.

İnsan haqları fəalları bildirirlər ki, Dəməşq aeroport yolunun başlanğıcındakı bina əsgər ailələrinin sosial müdafiəsi ilə məşğul olan quruma məxsus idi.

Partlayış BMT və Ərəb Liqasının Suriya üzrə ortaq elçisi Lakhdar Brahiminin BMT Təhlükəsizlik Şurasındakı çıxışından sonraya təsadüf edib. Sentyabrın 24-də Brahimi bildirmişdi ki, artıq 1 il yarımdan çoxdur Suriyada davam edən toqquşmalar daha ağır şəkil alır.
XS
SM
MD
LG