Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

Çörək bahalanmayacaq!... Hələlik?


Azərbaycan hökuməti buğdaya , buğda ununa və buğda-çovdar ununa əlavə dəyər vergisini götürdü.

Nazirlər Kabinetinin rəsmi saytının məlumatına görə, buğda, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunur.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir.

Azərbaycan hökumətinin bu gözlənilməz addımı nə ilə bağlıdır?

DÜNYA BUĞDA BAZARI

Hökumət dünyada buğda istehsalının azalması və bununla da buğdanın və beləliklə də çörəyin mümkün bahalaşmasının qabağını almağa çalışır.

Dünya buğda bazarında vəziyyət isə deyəsən doğrudan da gərgin olacaq.

Dünya Taxıl Şurasının avqustun 23-də hazırladığı son hesabata görə 2012-2013-cü il mövsümündə buğda istehsalı xeyli azalacaq.

Məsələn, Rusiyada buğda istehsalı indiki 89 milyon tondan 71 milyon tona düşə bilər. Bu da 20 faiz azalma deməkdir.

Qazaxıstanda istehsal hətta 50 faiz düşə bilər.
Burda istehsalın 26 milyon tondan 13 milyona, Ukraynada 56 milyon tondan 42 milyon tona düşəcəyi gözlənilir.

Bu ölkələr Azərbaycanın buğda aldığı əsas tərəfdaşlarıdır.

Elə dünyanın özündə 2012-2013-cü illər mövsümündə buğda məhsulunun indikindən 31 milyon ton az olacağı gözlənilir.

Taxıl Şurasının istehsalın həcminə verdiyi proqnoz da azalır.
İyul ayında dünyada buğda istehsalının həcminə proqnoz 665 milyon ton idisə, cəmi bir ay sonra proqnoz 3 milyon ton da azaldıldı.
XS
SM
MD
LG