Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik ediləcək


-
«Hərbi qulluqçuların statusu haqqında» yeni qanun layihəsi hazırlanır.

Bu haqda Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Məlumatı APA yayıb.

Komitənin sentyabrın 25-də keçirilən iclasında Ziyafət Əsgərov deyib ki, qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq:

«Çünki «Hərbi qulluqçuların statusu haqqında» mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə ciddi ehtiyac var».

Komitə sədrinin dediyinə görə, parlament aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi 1990-cı illərdə qəbul olunmuş qanunların monitorinqini aparıb:

«Monitorinq başa çatdıqdan sonra lazımi layihələr işlənəcək və rəy alınması üçün müvafiq qurumlara göndəriləcək».
XS
SM
MD
LG