Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:16

Ağstafada su sərhədi keçmək istəyən 6 nəfər saxlanıb


Bu barədə məlumatı Ağstafa rayon icra hakimiyyətindən də təsdiqləyiblər.

Bildiriblər ki, saxlanılanlar qayıqla Ağstafanın Gürcüstanla sərhədində yerləşən «Ağ göl»dən Azərbaycana keçmək istəyiblər. Onlar sentyabrın 23-də saxlanılıblar.

Saxlanılanlar 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozmaq istəyiblər, lakin Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıblar.

Sərhədi pozan və saxlanılanlar 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviçdir.

Hazırda onların hansı məqsədlə sərhədi pozduğu araşdırılır.
XS
SM
MD
LG