Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

İşğala görə Azərbaycana 431,5 milyard dollar ziyan dəyib


İqtisadi İnkişaf Nazirliyi Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi ziyanı hesablayıb.

APA-nın məlumatına görə, bu barədə nazirliyin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov məlumat verib.

O deyib ki, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyan 431,5 milyard dollar həcmindədir:

«Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və başqa dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb».

Amma bu hələ son deyil. Nazirlik rəsmisinin dediyinə görə, işğal nəticəsində dəyən ziyanın hesablanması davam edir.
XS
SM
MD
LG