Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:25

Məhkumlar telefonla daha çox danışa biləcəklər


Arxiv foto
Arxiv foto
Azərbaycanda məhkumların saxlanma şəraiti yaxşılaşdırılacaq. Milli Məclisdən «Trend»ə verilən məlumatda belə deyilir. Artıq Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər barədə qanun layihəsi hazırlanıb.

«ÖMÜRLÜK» MƏHKUMLAR TELEFONLA DAHA ÇOX DANIŞA BİLƏCƏKLƏR

Layihədə məhkumların telefon danışıqlarının sayının artırılması nəzərdə tutulub.

Dəyişikliklərə görə, ömürlük azadlıqdan məhrum edilənlər həftədə bir dəfə 15 dəqiqə telefonla danışa bilərlər. Müəyyən müddətə azadlıqdan məhrum edilənlər isə həftədə iki dəfə bu hüquqdan yararlanmaq imkanı qazanacaqlar.

İndi qüvvədə olan qanuna görə, müəyyən müddətə azadlıqdan məhrum edilənlər həftədə bir dəfə, ömürlük azadlıqdan məhrum edilənlər ayda iki dəfə telefonla danışa bilirlər.

TELEFON DANIŞIQLARINA NƏZARƏT DƏ ARADAN QALDIRILA BİLƏR

Məlumatda deyilir ki, yeni layihədə məhkumların telefon danışıqlarına nəzarət qismən aradan qaldırılacaq.

Telefon danışıqlarına nəzarət aşağıdakı hallarda mümkün olacaq: cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda. Bu hallarda cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət ediləcək.
Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG