Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

BMT-nin Baş Assambleyasının toplantısı başlayır


Dünya liderləri BMT-nin illik Baş Assambleya sessiyasına qatılmaq üçün Nyu-Yorka toplaşır.

Sentyabrın 25-də keçiriləcək yığıncaqda ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Francois Hollande çıxış edəcək.

Baş Assambleya ərəfəsində İran prezidenti Mahmud Ahmadinejad BMT Təhliükəsizlik Şurasını İsrailin "nüvə başlıqlarını" müdafiə etməkdə təqsirləndirib.
Mahmud Ahmadinejad onu da deyib ki, İran İsrailin istənilən hücumunun qarşısını almağa qadirdir. Əlavə edib ki, Yəhudi dövləti Yaxın Şərqdə "kök atmayıb" və "ləğv ediləcək".

BMT-nin baş katibi Ban Ki-moon Ahmadinejadla sentyabrın 24-də Nyu-Yorkda görüşən zaman onu belə qızışdırıcı nitqin təhlükələri barədə xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG