Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

İlk üç gün ərzində 5 milyon iPhone 5 satılıb


Sentyabrın 24-də Apple Inc. bildirib ki, üç gün ərzində 5 milyondan çox yeni iPhone 5 satılıb.

iPhone 5 smartfonların sonunci versiyasıdır, ötən həftənin beşinci günü Fransa, Yaponiya və ABŞ da daxil 9 ölkədə satışa çıxarılıb.

Yeni telefon modelinin bu həftənin sonuna kimi 22 ölkədə, ilin sonuna kimi isə 100 ölkədə satışa çıxarılacağı gözlənir.

iPhone 5 əvvəlki modellərdən daha yüngül, nazik və güclüdür.

Apple bir il əvvəl birinci üç gün ərzində 4 milyon iPhone 4 satmışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG