Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Gəncəyə 15 müasir qəzet köşkü gətirilib


Müasir tipli köşkün birinin qiyməti 3-4 min manat arasıdır.

Bu barədə «Azərmətbuatyayım»ın Gəncə şəhər şöbəsinin sədri Oruc Məmmədov məlumat verib.

Bildirib ki, köhnə dəmirdən olan köşklər yeniləri ilə əvəzlənir. Gətirilən yeni köşklərin 10-u Heydər Əliyev, 3-ü Atatürk, 2-si isə Şah İsmayıl Xətai prospektində quraşdırılıb.

O. Məmmədovun deməsinə görə, ilin sonunadək daha 5 qəzet satışı köşkü gətiriləcək.

Ümumilikdə isə Gəncə şəhərində 50 qəzet köşkünə ehtiyac var.

Qəzet köşkləri «Azərmətbuatyayım» tərəfindən sahibkarlara icarəyə verilir.
XS
SM
MD
LG