Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:41

Buğda və un ƏDV-dən azad edildi


Azərbaycan hökuməti buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunub.

Nazirlər Kabinetinin rəsmi saytının məlumatına görə, «Azərbaycanın ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunub.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.
XS
SM
MD
LG