Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

R. Kobia: Mediasında yalnız tərifi seçən ölkələr süquta uğrayıb


Roland Kobia
Roland Kobia
«Azərbaycan qürur duymalıdır ki, xeyli işlər görüb. 20 il ərzində ölkədə çox iş görülüb. Televiziyada bu uğurlar həmişə göstərilir. Mən Azərbaycan dilini çox yaxşı bilmirəm, amma AzTv-də xəbərlərə baxanda görürük ki, görülən işlər təriflənir. Uğurlardan danışmaq yaxşıdır. Amma insanlar tənqidi fikirləri də eşitmək istəyirlər. Tənqidi isə televiziyada görmürük. Ola bilsin, bəzi insanlar elə bilər ki, ölkədə media yüksək səviyyədədir. Amma gəzib, səyahət etməlidirlər ki, başqa yerlərdə medianı görsünlər və müqayisə edə bilsinlər».

Bu fikirləri sentyabrın 25-də Bakıda «Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar» beynəlxalq konfransında çıxış edən AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.

R. Kobia bildirib ki, tənqid olmayan yerdə tərifin heç bir mənası yoxdur. Bu yolu seçən ölkələr süquta uğrayıblar. AB rəsmisinin sözlərinə görə, bu regionda da belə ölkələr var.

Daha sonra İnternet mediasının əhəmiyyətindən danışan Kobia bildirib ki, noyabr ayında Azərbaycanda yeni internet media ilə bağlı beynəlxalq tədbir keçiriləcək:

AZƏRBAYCAN YENİDƏN BEYNƏLXALQ MEDİANIN DİQQƏTİNDƏ OLACAQ

«Azərbaycan beynəlxalq medianın diqqət mərkəzində olacaq. Bu, Azərbaycana öz media imkanlarını, cari ambisiyalarını göstərmək üçün gözəl fürsət olacaq».

Azərbaycan - AB münasibətləri kontekstində danışan Kobia bildirib ki, mətbuat azadlığı məsələsində Avropada da müəyyən səhvlər olub: «Bəzi Avropa ölkələri də medianın məhdudlaşdırılması yolunu seçmişdilər. Biz istəmirik ki, dostlarımız da bu səhvləri etsinlər. Biz bütün növ media məhdudlaşdırılmalarını pisləyirik».

Kobianın fikrincə ölkə nə istədiyini müəyyənləşdirməlidir: «Sadəcə ictimai debatları görmək istəyir ya bütün sahələr üzrə debatların olmasını».

Konfrans sentyabrın 26-na kimi davam edəcək. Tədbir «Etik Jurnalistika Təşəbbüsləri – Azərbaycan» layihəsi çərçivəsində AB-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG