Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:09

Gənclər təhsil sərgilərindən faydalana bilirlərmi?


Foto: Arxiv
Foto: Arxiv
-
Təhsil sərgiləri və sosial şəbəkələrdə xaricdə təhsil, təlim və seminarlar üçün verilən elanlar - bunların gənclər üçün faydası olurmu?

Bunu müzakirə etmək üçün «Flashmob»un bu həftəki qonaqları «Iteca Caspian» şirkətinin biznesin inkişafı üzrə direktoru Bəhruz Hidayətzadə və «YES Club»un həmtəsisçisi, «Facebook»da «Xaricdə təhsil, seminar, treninq, təqaüd proqramları» səhifəsinin yaradıcısı Hüseyn Məmmədovdur.

Hər il təhsil və karyera sərgiləri təşkil edən «Iteca Caspian» şirkətinin nümayəndəsi Bəhruz Hidayətzadə deyir ki, sərgilərin faydaları var. Məqsəd, ən əsas məsələlərdən biri ziyarətçilərə ən son yeniliklər, təmayüllər barədə məlumat verməkdir:

«Təhsil sərgisi həmişə gənclərin marağına səbəb olan sərgidir. Bu tip sərgilərdə gənclər xaricdə təhsil imkanları barədə məlumat alırlar. Vacib olan odur ki, ziyarətçilər birbaşa o universitetlərin nümayəndələri ilə görüşürlər. 20-dək ölkədən 96 təşkilat, 70-dən çox fakültə gələn qonaqlara təklif olunacaq. Sərgini «Sərgini ziyarət et, gələcəyini təmin et!» devizi altında keçiririk».

Hüseyn Məmmədov isə deyir ki, «YES club» bir il öncə təsis edilib, əsas fəaliyyəti internet üzərindən olur:

«Bu bir ildə «YES club» əsasən informasiya paylaşımı ilə məşğul olub. Bu informasiyalar və internet konsaltinq nəticəsində 80-ə yaxın gənc xaricdə magistr təhsili, yaxud təlimlərdə iştirak edə bilib. Biz bu fəaliyyətimiz ərəfəsində gənclərin problemlərini də öyrənmişik. Məsələ burasındadır ki, bu tip sərgilər çox yaxşıdır, filan universiteti, filan fakültəni təqdim edir. Amma o sərgilərdə iştirak edənlər nə istədiyini bilmirlər. Gənclər universitet, ölkə seçimini etmədən xaricdə təhsil almaq istəyirlər. Gənclərə hansı istiqamət üzrə oxumağı, hansı yolla getməyi aşılamaq lazımdır...».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG