Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

«Mədəni dünya»dan ucada duran Naxçıvan intibahı...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 28 avqust 2012. sayı: 156 (20.561)


KƏND DÜŞÜNCƏLƏRİ

Budur intibah, şüurda intibah, düşüncədə intibah, insanlıqda intibah, həyatımızın bütün sahələrinə üz qoyan yeniləşmənin kimin üçün adi görünən, mənim üçünsə özlərini «mədəni dünya» adlandıran dünyadan ucada duran Naxçıvan intibahı

...Torpaq islahatı kənddə bir inqilab yaratdı, bir qarış torpağı olmayan kəndli birdən – birə neçə hektar torpağa sahib oldu. Özü də hər adam başına. Kəndli də olasan, evində 5-10 oğul – uşağın olmaya? «Bəxt üzüyü» filmində deyildiyi kimi, «ildə bir uşağı olmayana kənddə birtəhər baxarlar». Xülasə, bu, ayrı məsələdir. Ancaq, Naxçıvan kəndində yaşamaq üçün ulu Tanrı da, dövlət də hər şeyi bəxş edib, bir o var ki, gərək fərasətin ola. Fərasət nədir? İşgüzarlıq, sabahı görmək, ən başlıcası isə torpağa bağlılıq. Kənddə yaşayan qohumlarımdan biri həyət – bacasını, ev – eşiyini, pay torpağını Allahın ümidinə qoyub köçüb getdi Bakıya... Təkcə öz qohumlarımı demirəm, nə zamansa kənddən köçən, tanıdığım – tanımadığım həmvətənlərimə səslənirəm: qayıdın, qayıdın boş qalmış ata ocaqları sizi gözləyir, gözü öləziməkdə olan ocaqları üfürün, sönmüş küllər təzədən şölələnsin. Təndirinizdən çörək ətri dünyaya yayılsın, pəncərələrinizdən işıq seli Günəşin zərb – dəstini üstələsin. Qayıdın, qayıdın bir pərçim bel həsrətinə möhtac olan torpaqlarınıza.....


NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, son illər muxtar respublikada elektrik enerjisinin paylanmasının keyfiyyətinin artırmaq məqsədilə yerüstü elektrik xətləri yeraltı kabellərlə əvəzlənir. Lakin enerjinin verilməsi zamanı istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan elektrik dirəklərinin vaxtında dəyişdirilməməsi, elektrik xətlərinin standartlara müvafiq şəkildə çəkilməməsi hallarına hələ də rast gəlinir ki, bu da alınmış mal – materialdan səmərəli və məqsədyönlü istifadə olunmadığını göstərir. Aparılan yoxlamalar göstərir ki, istifadə olunmuş elektrik enerjisinə görə vəsaitlərin ödənilməsinə problemlər hələ də tam şəkildə aradan qaldırılmayıb, ödəmələrdən yayınma hallarına təsadüf olunur, nəzarətçilər tərəfindən toplanan vəsaitlər vaxtlı – vaxtında bank hesablarına köçürülmür. Dövlət Energetika Agentliyi qeyd olunmuş nöqsanları aradan qaldırmalı, payız – qış mövsümündə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə istifadə müddəti başa çatmış elektrik dirəkləri və xətlərinin yeniləri ilə əvəzlənməsinə nəzarəti artırmalı, transformatorların texniki baxışdan keçirilməsini diqqət mərkəzində saxlamalıdır.
XS
SM
MD
LG