Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Bahar Muradova: «Hər şeyi sıfırdan başlamaq Qarabağ münaqişəsinin həllini uzada bilər»


-
«Bu bir reallıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər istifadə olunan mexanizmlər təsirsiz qalıb. Ona görə də, münaqişənin həlli hələ də uzanır».

Bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, problemin uzanması bu yöndə ən müxtəlif fikirlərin və təkliflərin gündəmə gəlməsinə səbəb olur. Onun fikrincə, həmin təklifləri müzakirə etmək olar:

«Hesab edirəm ki, Azərbaycanın münaqişənin digər beynəlxalq təşkilatların müstəvisində həllinə çalışması ATƏT-in Minsk qrupunun mövcudluğuna maneçilik törətmir. Yəni, Azərbaycan tərəfi bu prosesi paralel şəkildə apara bilər... Yəni, bütün istiqamətlərdə səylərimizi davam etdirməliyik. Həmsədrlərin fəaliyyətinin bizi qane etmədiyini dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, konkret siyasi iradə olarsa, bu format çərçivəsində də münaqişənin həllinə nail olmaq mümkündür. Amma hər şeyi sıfırdan başlamaq məsələni daha da uzada bilər».
XS
SM
MD
LG