Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

ATƏT müşahidə missiyası: "Belarusda seçki bir çox demokratik haqlara hörmət qoymadı"


Belarusda parlament seçkilərində insanların azad birləşmək, seçkidə namizəd olmaq, özlərini ifadə etmək kimi haqlarına hörmət qoyilmayıb.

Belarusda 23 sentyabr parlament seçkisi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODİHR) və ATƏT-in Parlament Məclisinin (OSCE PA) müşahidə missiyasının verdiyi bəyanatda daha sonra deyilir ki, seçki tərəfsiz keçirilməyib.

Bəyanatda deyilir ki, seçki azad və ədalətli olmayıb.

ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri Matteo Mecacci deyib ki, “seçki lap əvvəldən rəqabətli deyildi.” “Azad seçki insanların azad danışa bilməsindən başlanır”.

OSCE/ODİHR uzunmüddətli müşahidə missiyasının rəhbəri Antonio Miloshoski isə deyib ki, “vətəndaş əmin olmalıdır ki, onun səsi düzgün sayılacaq. Ancaq düzgün sayma qaydalarının və ya müşahidəçilərin nəticələri yoxlamaq üsullarının olmaması ciddi narahtlıq doğurur”.
Belarusda parlament seçkilərində heç bir müxalifətçi parlamentə düşə bilmədi.
XS
SM
MD
LG