Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:59

«Azadlıq» qəzetinin redaksiyasını su basıb [VIDEO]


«Azadlıq» qəzetinin redaksiyasını su basıb
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

«Azadlıq» qəzetinin redaksiyasını su basıb

«Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsində yerləşən «Azadlıq» qəzetinin redaksiyasını su basıb.

Qəzetin redaktoru Sücəddin Şərifov AzadlıqRadiosuna bildirib ki, sentyabrın 24-də qəzetin əməkdaşları redaksiyaya gələndə bütün otaqları su içində görüblər.

«Tavan 30-40 yerdən axıdır. Bütün kompüter şəbəkəsi sıradan çıxıb, işıq xətlərində problemlər yaranıb».

Sücəddin Şərifov deyir ki, redaksiyada bu problem 2 ilə yaxındır var:

«Hər dəfə nəşriyyat rəhbərliyinə müraciət edəndə deyirlər ki, bizdən asılı olmayan səbəblər var, yaxın vaxtlarda təmir olunacaq».

Sücəddin Şərifov problemlə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət edib.

«Azadlıq» qəzeti 2006-cı ilin noyabrında Xaqani 33 ünvanından çıxarılandan sonra dekabr ayında «Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsinə köçüb.


Hazırda müxbirimiz hadisə yerindədir, tezliklə redaksiyadan foto və video sayta yerləşdiriləcək.











XS
SM
MD
LG